https://news.day.az/azerinews/1870083.html Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq Oktyabrın 29-da "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Xalçalar diyarı" adlı sərgi açılacaq.

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq

Azərbaycanca, 27 октября 2026 19:30 (UTC +04:00) 315
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq

Oktyabrın 29-da "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Xalçalar diyarı" adlı sərgi açılacaq.

Day.Az xəbər verir ki, sərgi Azərbaycan xalça sənətinin zəngin irsini müasir bədii yanaşmalarla bir araya gətirərək ənənə ilə innovasiya arasındakı yaradıcı dialoqu nümayiş etdirəcək.

Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsi, müasir rəssamlar Mədinə və Nərmin Nəcəffin, eləcə də xalça mütəxəssisi Yaşar Malfouzinin əsərləri təqdim olunacaq.

Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar sərginin diqqətçəkən nümunələri sırasında yer alacaq. Onun zəngin yaradıcılıq irsinə müasir baxış isə Azərbaycan Milli Xalça Muzeyi və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdiriləcək.

Ekspozisiyada Mədinənin və Nərmin Nəcəffin rəsm əsərləri əsasında toxunmuş yeni xalçalar da yer talacaq. Bu əsərlər təsviri sənətlə ənənəvi toxuculuq arasında mükəmməl yaradıcı əlaqəni üzə çıxaracaq, xalçanın müasir bədii ifadə vasitəsi kimi geniş imkanlarını nümayiş etdirəcək.

Sərgidə həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan XIX əsr nümunəsi olan Bakıya aid "Quşlu" xalçası əsasında hazırlanmış relyefli xalça, eyni zamanda, Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça təqdim olunacaq.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində Əməkdar rəssam Faiq Əhmədin muzeydə davam edən "Faiq Əhməd: 2011-2024-cü illər dövrü" sərgisi də yeni əsərlərlə zənginləşdirilib.

Sərgi noyabrın 29-dək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости