https://news.day.az/azerinews/1870090.html Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb.

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Azərbaycanca, 27 октября 2026 18:29 (UTC +04:00) 309
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forum çərçivəsində "Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası" ,"Biznes dialoqu", "Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr", "Ortaq gələcək naminə turizm: inklüzivlik, ədalətlilik və icma liderliyinin sülhü səssizcə necə qurması", "Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik - gərginlikləri öncədən görmək, sülhə inklüziv yollar qurmaq" adlı panel sessiyaları keçirilib.

Panel sessiyaları çərçivəsində biznes dialoqunun məqsədləri, Azərbaycanın qlobal sahibkarlıq, innovasiya və yaradıcı iqtisadiyyat ekosistemlərini birləşdirən strateji platforma kimi mövqeyini gücləndirmək, müxtəlif ölkə və sahələrdən olan sahibkarlar, ekosistem liderləri, siyasət müəyyən edənlər və digər əsas maraqlı tərəflər arasında dialoqa və əməkdaşlığa şərait yaratmaq məsələləri müzakirə edilib.

Sessiyalar qlobal əlaqə imkanlarının kənarlaşdırma və parçalanma risklərinin artması ilə yanaşı mövcud olduğu rəqəmsal cəmiyyətlərdə mədəniyyətlərarası dialoqun necə təşviq edilə biləcəyini nəzərdən keçirib.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости