https://news.day.az/azerinews/1870230.html Canlı musiqiyə görə əlavə ödəniş: Restoranlar bunu tələb edə bilərmi? - VİDEO Bakıda restoranlardan birində 10 nəfərlik masa üçün təqdim olunan 1236 manatlıq hesab sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 1051 manatlıq əsas hesaba 50 manat canlı musiqi, 30 manat içki servisi və 105 manat xidmət haqqı əlavə edilib.

Canlı musiqiyə görə əlavə ödəniş: Restoranlar bunu tələb edə bilərmi? - VİDEO

Azərbaycanca, 28 октября 2026 12:41 (UTC +04:00) 340
Canlı musiqiyə görə əlavə ödəniş:

Bakıda restoranlardan birində 10 nəfərlik masa üçün təqdim olunan 1236 manatlıq hesab sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 1051 manatlıq əsas hesaba 50 manat canlı musiqi, 30 manat içki servisi və 105 manat xidmət haqqı əlavə edilib. Restoranın meneceri Fuad Vəliyev bildirib ki, canlı musiqi xidməti göstərilən zaman qonaqlardan adambaşına 5 manat alınır və bu barədə menyuda məlumat verilir.

Day.Az-ın məlumatına görə, hüquqşünaslar bildirirlər ki, restoranlar əlavə xidmətlər və ödənişlər müəyyən edə bilərlər. Lakin xidmətlərin siyahısı, qiyməti və ödəniş şərtləri müştəriyə əvvəlcədən bildirilməli, ödənişlər şəffaf şəkildə göstərilməlidir. İstehlakçıya əvvəlcədən məlumat verilmədən hesabına əlavə məbləğ daxil edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov menyuda göstərilməyən və sonradan hesaba əlavə edilən ödənişlərlə bağlı çoxsaylı şikayətlər daxil olduğunu bildirib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə qeyd edilib ki, əlavə xidmətlərin qiyməti və ödəniş şərtləri müştəriyə əvvəlcədən çatdırılmalıdır. Hüquqları pozulan vətəndaşlar aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciət edə bilərlər.

Ətraflı "APA TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости