https://news.day.az/azerinews/1870287.html Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədrinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub. Day.Az lent.az-a istinadla xəbər verir ki, buna səbəb həmin ittifaqın, dövlət büdcəsi və fondlara ümumilikdə 31 min 605 manat məbləğində vergi borcunun olmasıdır.

Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu

Azərbaycanca, 28 октября 2026 16:13 (UTC +04:00) 350
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu

Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədrinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Day.Az lent.az-a istinadla xəbər verir ki, buna səbəb həmin ittifaqın, dövlət büdcəsi və fondlara ümumilikdə 31 min 605 manat məbləğində vergi borcunun olmasıdır.

Borcların ödənilməsi ilə bağlı İttifaqa dəfələrlə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi məhkəmədə iddia qaldırıb. İddiada Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədri, 78 yaşlı Mücaməddin Möhsün oğlu Axundovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, İttifaqın borcları ödənilənədək Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının tərkibində fəaliyyət göstərir. Birlik regionda yerli istehlak, ticarət və kənd təsərrüfatı xidmətlərini tənzimləyən və dəstəkləyən qurumlardan biridir. Mücaməddin Axundov Tovuz Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, bundan əvvəl də Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının vergi borcları ilə bağlı mediada xəbərlər yayılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости