https://news.day.az/azerinews/1870308.html Qafqazda ən ucuz mal əti Azərbaycandadır - REYTİNQ Azərbaycan mal ətinin qiymətinə görə dünya ölkələrinin reytinqində 70-cu yerdə qərarlaşıb. Day.Az xəbər verir ki, dünya ölkələri üzrə mal əti qiymətlərinin reytinq cədvəli "Numbeo" platformasında dərc olunub. Cədvələ əsasən Azərbaycanda bir kiloqram mal ətinin orta qiyməti 10.78 dollar (18,33 manat) təşkil edir.

Qafqazda ən ucuz mal əti Azərbaycandadır - REYTİNQ

Azərbaycanca, 28 октября 2026 16:58 (UTC +04:00) 320
Qafqazda ən ucuz mal əti Azərbaycandadır

Azərbaycan mal ətinin qiymətinə görə dünya ölkələrinin reytinqində 70-cu yerdə qərarlaşıb.

Day.Az xəbər verir ki, dünya ölkələri üzrə mal əti qiymətlərinin reytinq cədvəli "Numbeo" platformasında dərc olunub.

Cədvələ əsasən Azərbaycanda bir kiloqram mal ətinin orta qiyməti 10.78 dollar (18,33 manat) təşkil edir.

Reytinqdə Azərbaycanın qonşu ölkələri arasında Türkiyə 15-ci (20,27 dollar /34,46 manat), Ermənistan 41-ci (13,49 dollar və ya 22,93 manat), Rusiya 54-cü (11.98 dollar və ya 20,31 manat), Gürcüstan 68-ci (11.14 dollar və ya 18,94 manat), İran isə 79-cu (9,66 dollar və ya 16,42 manat) yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycanda mal ətinin qiyməti Qafqaz regionunda ən aşağı qiymətədir.

Qeyd edək ki, Numbeo-nun göstəriciləri ölkələr üzrə mal ətinin orta qiymətini əks etdirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости