https://news.day.az/azerinews/1870951.html Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Azərbaycanca, 30 октября 2026 19:22 (UTC +04:00) 366
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.

Milli.Az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam edəcək.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 29 oktyabr 2026-cı il tarixli sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.

 

Beləliklə, noyabrın 1-dən etibarən Naxçıvan şəhərində istilik təchizatına başlanılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости