https://news.day.az/azerinews/1870697.html Ceyhun Bayramovdan diqqətəlayiq jest - VİDEO Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

Ceyhun Bayramovdan diqqətəlayiq jest - VİDEO

Azərbaycanca, 29 октября 2026 22:15 (UTC +04:00) 394
Ceyhun Bayramovdan diqqətəlayiq jest

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rəsmi açılış mərasimindəki fotoçəkiliş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.

Belə ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib. Nazirin bu addımı mərasim iştirakçılarının marağına səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости