https://news.day.az/azerinews/1871033.html Bu virusdan ölənlərin sayı 5 mini ötdü Konqo Demokratik Respublikasında (KDR) hazırkı Ebola epidemiyası çərçivəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb. Day.Az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Bu virusdan ölənlərin sayı 5 mini ötdü

Azərbaycanca, 31 октября 2026 10:17 (UTC +04:00) 356
Bu virusdan ölənlərin sayı 5 mini ötdü

Konqo Demokratik Respublikasında (KDR) hazırkı Ebola epidemiyası çərçivəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb.

Day.Az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

İnstitutun hesabatında bildirilir ki, bu günə qədər Ebola virusu nəticəsində ölənlərin sayı 5 026 nəfərə çatıb. Yoluxanların sayı isə 10 351 nəfər təşkil edir. Ölüm göstəricisi 48,6 faizə çatıb.

Ebola epidemiyası mayın 15-də KDR və Uqandada başlayıb və Afrikada müşahidələrin aparıldığı bütün dövr ərzində ölüm hallarının sayına görə ikinci ən böyük epidemiya olub.

KDR-in səkkiz əyalətində Ebola virusuna yoluxma və ölüm halları qeydə alınıb. Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib.

Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə Ebola virusuna ilk yoluxma halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də isə Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində Ebola virusuna ilk yoluxma halının aşkarlandığını bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости