https://news.day.az/azerinews/1871058.html Bunu edənlər CƏRİMƏLƏNƏCƏK - Məbləğ açıqlandı Azərbaycanda küçədə və ya digər ictimai yerlərdə yerə tüpürməyə görə birbaşa adla qeyd olunmuş xüsusi bir maddə olmasa da, bu əməl ictimai qaydanın, təmizliyin və sanitariya normalarının pozulması kimi hüquqi məsuliyyət yaradır.

Bunu edənlər CƏRİMƏLƏNƏCƏK - Məbləğ açıqlandı

Azərbaycanca, 31 октября 2026 11:57 (UTC +04:00) 382
Bunu edənlər

Azərbaycanda küçədə və ya digər ictimai yerlərdə yerə tüpürməyə görə birbaşa adla qeyd olunmuş xüsusi bir maddə olmasa da, bu əməl ictimai qaydanın, təmizliyin və sanitariya normalarının pozulması kimi hüquqi məsuliyyət yaradır.

Qanunvericiliyə əsasən, belə hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) çərçivəsində qiymətləndirilə bilər. İctimai yerlərdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakıların rahatlığını pozan və antisanitariya yaradan bu növ davranışlara görə qanun daxilində 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunur, yaxud işin hallarına görə 15 günədək müddətə inzibati həbs cəzası verilə bilər.

Bundan əlavə, əgər şəxs yerə tüpürmək əməlini hərəkətdə olan və ya dayanan nəqliyyat vasitələrindən (məsələn, avtobus, taksi və ya şəxsi avtomobilin pəncərəsindən) küçəyə doğru edirsə, bu halda İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları ilə bağlı maddələri işə düşür. Xüsusilə, yolları zibilləməyə və ətrafa tullantı atmağa görə sürücü və ya sərnişinlər inzibati məsuliyyət daşıyırlar. Eyni zamanda, epidemiya və ya xüsusi karantin rejimləri dövründə bu növ hərəkətlər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması kimi daha ciddi cərimələrlə də nəticələnə bilər.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости