https://news.day.az/azerinews/1871437.html Kreditini ödəyə bilməyənlərə ŞAD XƏBƏR - VİDEO Kredit götürən şəxslərin işsiz qaldığı halda borc ödənişlərinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Yeni mexanizm vətəndaşların kredit tarixçəsinin qorunmasına, bankların isə risklərinin azalmasına xidmət edəcək. Lakin sığorta bütün işsizlik hallarına şamil olunmayacaq.

Kreditini ödəyə bilməyənlərə ŞAD XƏBƏR - VİDEO

Azərbaycanca, 2 ноября 2026 15:21 (UTC +04:00) 388
Kreditini ödəyə bilməyənlərə

Kredit götürən şəxslərin işsiz qaldığı halda borc ödənişlərinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Yeni mexanizm vətəndaşların kredit tarixçəsinin qorunmasına, bankların isə risklərinin azalmasına xidmət edəcək. Lakin sığorta bütün işsizlik hallarına şamil olunmayacaq. Əmək müqaviləsinə qanunvericiliyə uyğun xitam verilməsi, müəssisənin bağlanması və ya ştatların ixtisarı kimi hallar əsas götürüləcək.

Day.Az xəbər verir ki, ekspert Emin Allahverdiyevin sözlərinə görə, işçi əmək intizamını kobud şəkildə pozduğuna görə işdən çıxarılarsa, sığorta ödənişi edilməyəcək.

Qısamüddətli əmək müqaviləsi ilə çalışanlar da bu imkandan yararlana bilməyəcəklər. Sığorta şirkəti kreditin bütün müddətini deyil, müqavilə şərtlərindən asılı olaraq 6 ay və ya 1 il ərzindəki ödənişləri qarşılaya bilər.

İqtisadçı Xalid Kərimli bildirir ki, işsizlikdən sığortalanma vətəndaş üçün könüllü olacaq, banklar isə bu xidməti müştərilərə təklif etməli olacaqlar. Sığorta haqqı vətəndaş tərəfindən ödəniləcək və müştəri istədiyi halda bu xidmətdən imtina edə biləcək. Sığortanın dəqiq məbləği və tətbiq qaydaları isə müvafiq tələblər təsdiqləndikdən sonra məlum olacaq.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости