https://news.day.az/azerinews/1710833.html Bu il neçə nəfər reabilitasiya vasitələri ilə təmin edilib? Bu ilin on ayı ərzində ümumilikdə 10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu il neçə nəfər reabilitasiya vasitələri ilə təmin edilib?

Azərbaycanca, 27 ноября 2024 10:36 (UTC +04:00) 839
Bu il neçə nəfər reabilitasiya vasitələri ilə təmin edilib?

Bu ilin on ayı ərzində ümumilikdə 10,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxsləri 82,8 min reabilitasiya vasitəsi ilə təmin edib.

Onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub.

Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости