https://news.day.az/azerinews/1711586.html Axtarışda olan 2 nəfər Azərbaycana gətirildi Qarşılıqlı anlaşmaya əsasən, Azərbaycanın iki vətəndaşı Rusiyadan ekstradisiya ediliblər.

Axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

Azərbaycanca, 29 ноября 2024 17:14 (UTC +04:00) 1 284
Axtarışda olan 2 nəfər Azərbaycana gətirildi

Qarşılıqlı anlaşmaya əsasən, Azərbaycanın iki vətəndaşı Rusiyadan ekstradisiya ediliblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости