Bu nazirlik iki rayonda fərdi yaşayış evləri ilə bağlı yarım milyonluq işlərə başlayır - LAYİHƏ
![Bu nazirlik iki rayonda fərdi yaşayış evləri ilə bağlı yarım milyonluq işlərə başlayır](https://img.day.az/2025/02/18/800x550/trend_tikinti.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Şamaxı və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, görüləcək işlər çərçivəsində, həmçinin bir ədəd fərdi yaşayış evinin bərpası işi də həyata keçiriləcək.
Belə ki, artıq nazirlikdə qeyd olunan iki rayon ərazisində 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası işləri start götürüb.
Hazırda nazirlik sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda FHN görüləcək işlərin 411,4 min manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, bir neçə müddət əvvəl nazirlik Zaqatalada fərdi yaşayış evləri ilə bağlı 4 milyonluq işlərə başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре