https://news.day.az/azerinews/1839531.html ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib - FOTO - VİDEO ABŞ qüvvələri Hind okeanında, ABŞ-nin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında yerləşən, sanksiyalara məruz qalmış və heç bir dövlətin bayrağı altında üzməyən "MT DAVINA" gəmisini saxlayıb. Day.Az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin rəsmi X səhifəsində məlumat yayılıb.

ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib - FOTO - VİDEO

Azərbaycanca, 5 июня 2026 16:39 (UTC +04:00) 288
ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib

ABŞ qüvvələri Hind okeanında, ABŞ-nin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında yerləşən, sanksiyalara məruz qalmış və heç bir dövlətin bayrağı altında üzməyən "MT DAVINA" gəmisini saxlayıb.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin rəsmi X səhifəsində məlumat yayılıb.

Məlumata görə, hərbçilər gəminin göyərtəsinə enərək, beynəlxalq hüquqa uyğun olaraq gəmidə yoxlama aparıb.

"Biz qanunsuz şəbəkələrin fəaliyyətini pozmaq və harada fəaliyyət göstərməsindən asılı olmayaraq, İrana maddi dəstək verən gəmilərin qarşısını almaq məqsədilə qlobal dəniz nəzarəti tədbirlərini davam etdirəcəyik",-deyə Pentaqonun məlumatında qeyd edilir. .

Müharibə Nazirliyi vurğulayır ki, dəniz məkanında qanunsuz fəaliyyət göstərən şəxsləri və onlara məxsus gəmiləri hərəkət sərbəstliyindən məhrum etmək istiqamətində fəaliyyətini davam etdirəcək.

  • ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib
  • ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib
  • ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib
  • ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости