https://news.day.az/azerinews/1844186.html DÇ-2026: Yaponiya pley-offa yüksəlib Braziliyanın rəqibi oldu - VİDEO Futbol üzrə 2026-cı il dünya çempionatında F qrupunun üçüncü turuna yekun vurulub. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Yaponiya və İsveç yığmaları ABŞ-nin Texas ştatında yerləşən Arlinqton şəhərində üz-üzə gəlib. AT&T stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı 56-cı dəqiqədə Yaponiya millisi açıb.

DÇ-2026: Yaponiya pley-offa yüksəlib Braziliyanın rəqibi oldu - VİDEO

Azərbaycanca, 26 июня 2026 07:59 (UTC +04:00) 301
DÇ-2026: Yaponiya pley-offa yüksəlib Braziliyanın rəqibi oldu

Futbol üzrə 2026-cı il dünya çempionatında F qrupunun üçüncü turuna yekun vurulub.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Yaponiya və İsveç yığmaları ABŞ-nin Texas ştatında yerləşən Arlinqton şəhərində üz-üzə gəlib. AT&T stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 56-cı dəqiqədə Yaponiya millisi açıb. Ritsu Doanın ötürməsindən sonra Daizen Maeda fərqlənib. İsveç yığması buna 62-ci dəqiqədə cavab verib. Entoni Elanqa cərimə meydançasının sağ küncündən dəqiq zərbə ilə tarazlığı bərpa edib.

Bu nəticədən sonra Yaponiya F qrupunu beş xalla ikinci pillədə başa vurub. Asiya təmsilçisi 1/16 finalda Braziliya ilə qarşılaşacaq.

İsveç isə dörd xalla üçüncü yeri tutub və ən yaxşı üçüncü yer sahibləri sırasında pley-offa yüksəlmə şansını qoruyub. Skandinaviya təmsilçisinin növbəti mərhələdəki rəqibi digər qrupların yekun nəticələrindən sonra dəqiqləşəcək.

F qrupunu Niderland yeddi xalla lider kimi tamamlayıb. Tunis isə xalsız qalaraq mundialla vidalaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости