https://news.day.az/azerinews/1845071.html Təyyarə ilə dron toqquşdu JetBlue aviaşirkətinə məxsus təyyarə Con Kennedi adına hava limanına enişə hazırlaşarkən gözlənilmədən bir dronla qarşılaşıb və toqquşma baş verib. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı dron təyyarənin ön hissəsinə dəyib.

Təyyarə ilə dron toqquşdu

Azərbaycanca, 30 июня 2026 16:25 (UTC +04:00) 316
Təyyarə ilə dron toqquşdu

JetBlue aviaşirkətinə məxsus təyyarə Con Kennedi adına hava limanına enişə hazırlaşarkən gözlənilmədən bir dronla qarşılaşıb və toqquşma baş verib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı dron təyyarənin ön hissəsinə dəyib.

Pilotlar dərhal hava hərəkətinə nəzarət mərkəzinə məlumat veriblər və eniş prosesi problemsiz şəkildə tamamlanıb.

Rəsmi açıqlamalara əsasən, təyyarədə ciddi zədə aşkarlanmayıb və sərnişinlər arasında xəsarət alan olmayıb.

Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır. JetBlue isə uçuşun təhlükəsiz şəkildə başa çatdığını təsdiqləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости