https://news.day.az/azerinews/1854452.html Azərbaycanda nikah və boşanmaların sayı azalıb Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9 776 boşanma halları qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycanca, 17 августа 2026 15:59 (UTC +04:00) 235
Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9 776 boşanma halları qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz (4,0), LənkəranAstara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости