https://news.day.az/azerinews/1854396.html
Avtomobil ağaca çırpılıb, sürücü ölüb
Tovuzda sürücünün həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 16-da rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Avtomobil ağaca çırpılıb, sürücü ölüb
Tovuzda sürücünün həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 16-da rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Fərid Şükür oğlu Tağıyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində vəfat edib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре