Bakıda minib-düşmə zolağı sürücülər tərəfindən zəbt olunur

Bakının Nəsimi rayonu, Füzuli küçəsində sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün ayrılmış xüsusi zolaq digər avtomobillər tərəfindən zəbt olunur.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, nəticədə sürücülər sərnişinləri yolun hərəkət hissəsində mindirib-düşürməyə məcbur qalırlar.

Sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir və ərazidə park edən avtomobillərin bir qisminin yaxınlıqdakı müəssisələrin əməkdaşlarına məxsus olduğu iddia edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib ki, ərazidə mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Qeyd olunub ki, aidiyyəti qurumlarla birgə aparılan təhlillər əsasında küçədə əlavə hərəkət tənzimləmə vasitələrinin tətbiqi də planlaşdırılır.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli