https://news.day.az/azerinews/1845674.html Qızılın qiyməti 4200 dolları keçdi Dünya bazarında qızılın qiymətində növbəti artım qeydə alınıb. "Comex" birjasında 2026-cı ilin avqust ayı üzrə çatdırılma şərti ilə ticarət olunan qızıl füçersləri iyunun 22-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 200 dollar səviyyəsini ötüb.

Qızılın qiyməti 4200 dolları keçdi

Azərbaycanca, 3 июля 2026 09:58 (UTC +04:00) 287
Qızılın qiyməti 4200 dolları keçdi

Dünya bazarında qızılın qiymətində növbəti artım qeydə alınıb. "Comex" birjasında 2026-cı ilin avqust ayı üzrə çatdırılma şərti ilə ticarət olunan qızıl füçersləri iyunun 22-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 200 dollar səviyyəsini ötüb.

Day.Az xəbər verir ki, Ticarət platformasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 05:24-də qızılın qiyməti 1,96 faiz bahalaşaraq 4 206,7 dollara yüksəlib.

Bir neçə dəqiqə sonra artım tempi nisbətən zəifləsə də, qiymətlər yüksək səviyyədə qalıb. Saat 05:28-ə olan göstəricilərə görə, qızıl füçersinin dəyəri 1,93 faiz artımla bir trua unsiyası üçün 4 205,4 dollar təşkil edib.

Beləliklə, qiymətli metal son həftələrdə müşahidə olunan yüksəliş tendensiyasını davam etdirərək beynəlxalq əmtəə bazarında investorların diqqət mərkəzində qalmaqdadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости