https://news.day.az/azerinews/1845899.html Azərbaycan nefti bahalaşıb Azərbaycan nefti bahalaşıb. Day.Az-ın neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,12 ABŞ dolları və ya 1,6% artaraq 72,93 ABŞ dolları təşkil edib.

Azərbaycan nefti bahalaşıb

Azərbaycanca, 4 июля 2026 09:14 (UTC +04:00) 354
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb.

Day.Az-ın neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,12 ABŞ dolları və ya 1,6% artaraq 72,93 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 1,16 ABŞ dolları və ya 1,7% artaraq 70,48 ABŞ dollarına yüksəlib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,59 ABŞ dolları və ya 1,5% artaraq bir barel üçün 40,16 ABŞ dollarına çatıb.

Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,18 ABŞ dolları və ya 1,7% artaraq 69,35 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости