https://news.day.az/azerinews/1845987.html Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB Ağdamda ata və iki övladı su anbarında batıb. Day.Az Trend-ə istinadən bildirir ki,  hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB

Azərbaycanca, 4 июля 2026 17:11 (UTC +04:00) 367
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, Nazirlikdən Trend-ə  bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

Ağdamda su anbarında batan ata və iki övladının meyitləri sudan çıxarılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərlinin meyitləri sudan çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

xxx

17:11

Ağdamda ata və iki övladı su anbarında batıb.

Day.Az Trend-ə istinadən bildirir ki,  hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости