https://news.day.az/azerinews/1854959.html
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib
Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib
Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
1c texniki dərəcəli, 4-6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Tunellərin ümumi uzunluğu 6,3 km-dən çox, ən uzun tunel isə 3,34 km-dir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре