Ağcabədidə avtomobil elektrik dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Arazbar kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov Umud oğlu idarə etdiyi "VAZ-21014" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü H. Hüseynov, həmçinin avtomobildə olan qardaşının ailə üzvləri - 1983-cü il təvəllüdlü Adilə Hüseynova Bayramqulu qızı və onun övladları, 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova Səbuhi qızı və Umud Hüseynov Səbuhi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре