https://news.day.az/azerinews/1869347.html Köməksiz qalan 7 aylıq körpə xilas olunub - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Köməksiz qalan 7 aylıq körpə xilas olunub - VİDEO

Azərbaycanca, 24 октября 2026 15:16 (UTC +04:00) 343
Köməksiz qalan 7 aylıq körpə xilas olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости