İlkin ödənişsiz ev sahibi olmaq mümkündürmü? - Yeni qaydalar fürsət YARADIR - VİDEO
Kirayə mənzil mexanizmi ilkin vəsaiti kifayət etməyən vətəndaşlara ev sahibi olmaq imkanı yaradır. Lakin müraciət edənlər mənzil tapmaqda çətinlik çəkdiklərini, tələbatın yüksək, təklifin isə məhdud olduğunu bildirirlər. Bəziləri müraciətlərin cavabının gecikməsindən də narazıdır.
Day.Az xəbər verir ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, mənfi kredit tarixçəsi olan şəxslər mexanizmdən yararlana bilməyəcəklər. Yeni rəsmiləşdirilən müqavilələr üzrə hüquq və vəzifələrin başqa şəxsə ötürülməsi üçün minimum üç il gözlənilməli, mənzili başqasına ötürən şəxs isə beş il ərzində mexanizmdən yenidən istifadə edə bilməyəcək. Bu məhdudiyyətlər oktyabrın 1-dən əvvəl rəsmiləşdirilmiş müqavilələrə şamil olunmur.
Digər tərəfdən, fond qarşısında aktiv kredit və ya ipoteka öhdəliyi olmayan borcalanlar da mexanizmdən yararlana biləcəklər. Bu il Bakı, Sumqayıt və Abşeron ərazisində 17 ünvanda tam təmirli mənzillər təqdim edilib. İndiyədək 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре