https://news.day.az/azerinews/1868889.html Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Dövlət proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu

Azərbaycanca, 22 октября 2026 17:04 (UTC +04:00) 351
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu

Dövlət proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.

Day.Az xəbər verir ki, beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin "Qlobal idarəetmə və diplomatiya" (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.

O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək.

Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekan (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.

Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də dövlət proqramı çərçivəsində "Diplomatik tədqiqatlar" ixtisası üzrə Oksford Universitetində alıb.

Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır

Təqaüdçümüzü təbrik edir, akademik və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq!

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости