https://news.day.az/azerinews/1868857.html Toy süfrəsində köhnə yemək təhlükəsi: Qonaqlara nə yedizdirirlər? - VİDEO Toy süfrələrinin zənginliyi ilə yanaşı, təqdim olunan yeməklərin təzəliyi və təhlükəsizliyi də mühüm məsələdir. Bəzi qonaqlar şadlıq saraylarında köhnə və keyfiyyətini itirmiş yeməklərin təqdim olunduğunu iddia edirlər. Bəs toy süfrəsindəki yeməklərin təzəliyinə necə nəzarət edilir?

Toy süfrəsində köhnə yemək təhlükəsi: Qonaqlara nə yedizdirirlər? - VİDEO

Azərbaycanca, 22 октября 2026 15:09 (UTC +04:00) 329
Toy süfrəsində köhnə yemək təhlükəsi:

Toy süfrələrinin zənginliyi ilə yanaşı, təqdim olunan yeməklərin təzəliyi və təhlükəsizliyi də mühüm məsələdir. Bəzi qonaqlar şadlıq saraylarında köhnə və keyfiyyətini itirmiş yeməklərin təqdim olunduğunu iddia edirlər. Bəs toy süfrəsindəki yeməklərin təzəliyinə necə nəzarət edilir?

Day.Az xəbər verir ki, şadlıq saraylarının administratorları yeməklərin məclis günü hazırlandığını, artıq qalanların isə toy sahibinə verildiyini bildirirlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlamalar zamanı qida təhlükəsizliyi qeydiyyatı, baytarlıq sənədləri, sanitar-gigiyenik qaydalar və işçilərin tibbi müayinələri ilə bağlı nöqsanlar aşkarlanıb. Qurum vətəndaşları belə hallarla qarşılaşdıqda 1003 çağrı mərkəzinə məlumat verməyə çağırır.

Mütəxəssislər mövcud nəzarət mexanizmlərinin bütün hallarda qida keyfiyyətinə zəmanət vermədiyini vurğulayırlar. Hüquqşünasların sözlərinə görə, keyfiyyətsiz və təhlükəli qidaların təqdim olunması inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Qida zəhərlənməsi baş verdikdə isə zərərçəkənlər dəymiş zərərin ödənilməsini tələb edə bilərlər.

Ətraflı "APA TV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости