Bakıda torpaq almaq lüksə çevrilir - Qiymətlər necədir? - VİDEO
Bakının daşınmaz əmlak bazarında torpaq sahələrinin qiyməti artmaqda davam edir. Ötən ay ən kəskin bahalaşma Səbaildə 28,6%, Yasamalda 25,6%, Nəsimidə 23,1%, Nizamidə isə 21,1% olub. Bakı üzrə torpaq sahələri orta hesabla 1,8% bahalaşıb. Ən yüksək qiymətlər mərkəzi rayonlarda, ən aşağı qiymətlər isə şəhərətrafı qəsəbələrdə qeydə alınır.
Day.Az xəbər verir ki, ekspertlərin fikrincə, yaxın illərdə daşınmaz əmlak bazarında ucuzlaşma gözlənilmir.
Bakının Baş Planı çərçivəsində qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi, eləcə də infrastrukturun yenilənməsi tikintiyə tələbatı artırır. Bu amillərin torpaq və daşınmaz əmlak qiymətlərinin yüksəlməsinə təsir edəcəyi proqnozlaşdırılır.
Mərkəzdə yüksək qiymətlər alıcıları şəhərətrafı ərazilərə yönəldir. Kənar ərazilərdə torpağın bir sotu 5-30 min manat, mərkəzdə isə 300-500 min manat arasında dəyişir. Ekspertlər artan tələbatın şəhərətrafı ərazilərdə də qiymətləri yüksəldəcəyini bildirirlər. Torpaq alıb fərdi ev tikmək isə bəzi hallarda hazır ev almaqdan daha sərfəli hesab olunur.
Ətraflı "APA TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре