https://news.day.az/azerinews/1868343.html Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək

Azərbaycanca, 20 октября 2026 14:56 (UTC +04:00) 303
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar avtobuslar "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə təşkil olunacaq.

Azarkeşlər "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzindən və "Qara Qarayev" metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə avtobuslar Aviasiya Akademiyası istiqamətində də işləyəcək.

Avtobuslar saat 17:00-dan sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости