Əməkdar həkim vəfat etdi
Əməkdar həkim, tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.
Day.Az xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.
Bildirilib ki, o, əmək fəaliyyətinə 1972-ci ildə Naxçıvanda başlayıb. 1973-cü ildə Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib. 2024-cü ilin sonunda Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunun formalaşdırılmasından sonra fəaliyyətini Mərkəzin tabeliyində olan 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi kimi davam etdirib.
2015-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре