Bu şəxslərin maaşı artacaq - VİDEO
Gələn il minimum əməkhaqqının artırılması 700 mindən çox şəxsin gəlirlərinə təsir edə bilər. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırda 400 manat olan minimum əməkhaqqının yüksəldilməsi dövlət qurumlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin də vəzifə maaşlarının artmasına səbəb ola bilər.
Day.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 1173 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Proqnozlara görə, gələn il orta aylıq əməkhaqqının 1300 manata yaxınlaşacağı, 2030-cu ilədək isə 1600 manata çatacağı gözlənilir.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılmalıdır. Vüqar Bayramov bildirib ki, əməkhaqqının artırılması, xüsusilə aztəminatlı çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və ailələrin gündəlik ehtiyaclarını qarşılamaq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Ətrafı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре