Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin adları məlum olub - FOTO
2026-cı ildə Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, "Visual Capitalist" nəşrinin dərc etdiyi reytinq cədvəlinə görə, maliyyə qurumu qarşısında ən çox borc öhdəliyi olan ölkələr arasında Argentina ilk yerdə gəlir.
Adıçəkilən dövlətin 56,8 milyard ABŞ dolları həcmində borc öhdəliyi var və bu ölkənin ÜDM-nin 8,2 faizini təşkil edir.
İkinci yerdə 14,4 milyard dollar göstərici ilə Ukrayna qərarlaşıb. Sonrakı yerlərdə isə müvafiq ardıcıllıqla Pakistan (10,8 milyard), Misir (10,6 milyard) və Ekvador (9,4 milyard) gəlir.
Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi çətinliklərlə üzləşən dövlətlərin ən böyük kreditorlarından biri olaraq qalır. Bəzi ölkələr maliyyə böhranları səbəbindən, digərləri isə milli valyutanı sabitləşdirmək və ya büdcə kəsirini maliyyələşdirmək üçün fonda müraciət edirlər.
Reytinq cədvəli aşağıda təqdim olunub:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре