https://news.day.az/azerinews/1867527.html Mirzoyan Türkiyə ilə sərhədin hər an açıla biləcəyini deyib Biz sabah yuxudan oyanıb Türkiyə Ermənistan sərhədinin açıldığını görə bilərik. Day.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İrəvanda COP17 çərçivəsində keçirilən Liderlər Sammiti zamanı jurnalistlərə bildirib

Mirzoyan Türkiyə ilə sərhədin hər an açıla biləcəyini deyib

Azərbaycanca, 16 октября 2026 14:56 (UTC +04:00) 255
Mirzoyan Türkiyə ilə sərhədin hər an açıla biləcəyini deyib

Biz sabah yuxudan oyanıb Türkiyə Ermənistan sərhədinin açıldığını görə bilərik.

Day.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İrəvanda COP17 çərçivəsində keçirilən Liderlər Sammiti zamanı jurnalistlərə bildirib

Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi sərhədin istənilən vaxt açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər yetkinləşib.

Bu nikbinliyin səbəbləri barədə suala cavab verən nazir qeyd edib ki, Ermənistan və Türkiyə arasında dialoq kifayət qədər intensivləşib, diplomatik kanallar vasitəsilə aparılır və müxtəlif iqtisadi-ticarət məsələlərini də əhatə edir.

Mirzoyan vurğulayıb ki, Ermənistan Türkiyə ilə sərhədi insanların ikitərəfli hərəkəti, eləcə də sərnişin və yük daşımaları üçün artıq indi aça bilər. Bununla yanaşı, o xatırladıb ki, Türkiyə və Azərbaycan iki normallaşma prosesin paralel şəkildə irəliləməsini dəstəkləyir.

Eyni zamanda, Mirzoyan bildirib ki, Ermənistan artıq Azərbaycanla sülh şəraitindədir və iki ölkə arasında ticarət aparılır. Bununla belə, ticarət birbaşa ortaq sərhəd vasitəsilə həyata keçirilmir.

Xatırladaq ki, Türkiyə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təcavüzünə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости