https://news.day.az/azerinews/1867534.html Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir? Xəbər verdiyimiz kimi, jurnalist və alim Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Day.Az xəbər verir ki, o, bu vəzifəyə oktyabrın 16-da keçirilən Azərbaycan jurnalistlərinin IX qurultayında layiq görülüb. Vüqar Zifəroğlu 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub.

Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?

Azərbaycanca, 16 октября 2026 14:57 (UTC +04:00) 244
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?

Xəbər verdiyimiz kimi, jurnalist və alim Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Day.Az xəbər verir ki, o, bu vəzifəyə oktyabrın 16-da keçirilən Azərbaycan jurnalistlərinin IX qurultayında layiq görülüb.

Vüqar Zifəroğlu 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Filologiya elmləri doktoru olan Vüqar Zifəroğlu jurnalistika sahəsində uzun illərdir fəaliyyət göstərir.

O, 1997-ci ildən jurnalistika ilə məşğuldur. 2001-ci ildən Bakı Dövlət Universitetində çalışan Vüqar Zifəroğlu 2017-ci ildən Jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edir.

Alim beynəlxalq jurnalistika, media etikası və informasiya manipulyasiyası mövzularında elmi araşdırmalar aparıb. O, müxtəlif elmi əsər və kitabların müəllifidir. Vüqar Zifəroğlu 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri seçilməzdən əvvəl Vüqar Zifəroğlu qurumun sədr müavini vəzifəsində çalışıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости