https://news.day.az/azerinews/1867260.html Avtomobili yanğından qorumaq üçün bunları mütləq etməlisiniz - Qurumdan açıqlama Avtomobilin yanması yaşana biləcək ən pis ssenarilərdən biridir. Qəfildən alışan maşını söndürmək üçün əvvəlcədən görülməli olan təhlükəsizlik tədbirləri mövcuddur. Bəs onlar hansılardır?

Avtomobili yanğından qorumaq üçün bunları mütləq etməlisiniz - Qurumdan açıqlama

Azərbaycanca, 15 октября 2026 14:45 (UTC +04:00) 241
Avtomobili yanğından qorumaq üçün bunları mütləq etməlisiniz

Avtomobilin yanması yaşana biləcək ən pis ssenarilərdən biridir. Qəfildən alışan maşını söndürmək üçün əvvəlcədən görülməli olan təhlükəsizlik tədbirləri mövcuddur. Bəs onlar hansılardır? 

Day.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən ilk öncə bildirilib ki, 2026-cı ilin ötən dövrü ilə 2025-ci ilin müvafiq dövrünün müqayisəli təhlili zamanı nəqliyyat vasitələrində baş vermiş yanğın hadisələrinin sayında artım qeydə alınmayıb.

Nazirliyin cavabında qeyd edilib ki, nəqliyyat vasitələrində yanğınların baş verməsinin əsas səbəbləri sırasında elektrik sistemində yaranan nasazlıqlar və qısaqapanmalar, yanacaq və sürtkü materiallarının sızması, mühərrikin normadan artıq qızması, habelə texniki xidmətin vaxtında və lazımi qaydada aparılmaması yer alır.

"Eyni zamanda, nəqliyyat vasitələrinin elektrik və yanacaq sistemlərinə dəyişikliklər olunması, əlavə avadanlıqların düzgün quraşdırılmaması və təmir işlərinin ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməməsi də yanğın təhlükəsini artıran amillərdəndir", - bildirilib.

Həmçinin vurğulanıb ki, qeyd olunan halların qarşısının alınması üçün nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması, onlara mütəmadi texniki qulluq göstərilməsi, elektrik və yanacaq sistemlərinin vaxtaşırı yoxlanılması, aşkar edilmiş nasazlıqların vaxtında aradan qaldırılması zəruridir.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости