https://news.day.az/azerinews/1867050.html Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirəcək hər hansı fitnə toxumunun səpilməsinə imkan verilməməlidir. Day.Az xəbər verir ki, TRT-nin xəbərinə görə bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının toplantısında deyib.

Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir

Azərbaycanca, 14 октября 2026 17:36 (UTC +04:00) 268
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirəcək hər hansı fitnə toxumunun səpilməsinə imkan verilməməlidir.

Day.Az xəbər verir ki, TRT-nin xəbərinə görə bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının toplantısında deyib. O, "Türk Dövlətləri Təşkilatı və Türkiyənin sədrliyi" mövzusunda çıxışında Azərbaycanla münasibətləri ön plana çəkib.

"Başda Azərbaycan olmaqla, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, 'Türk və Türkiyə əsri' hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirmək lazımdır", - deyə o bildirib.

Bahçeli qeyd edib ki, Dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi səviyyə Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.

O, Türkiyə ilə Azərbaycanın eyni coğrafiyanın iki güclü dövləti olduğunu diqqətə çatdırıb .

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq əlaqələri siyasi proseslərdən daha üstün olaraq xalqlarımızın ortaq yaddaşına və mənəvi bağlılığına əsaslanır",- deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости