Orijinal adı ilə saxta detal: Alıcılar necə aldadılır? - VİDEO
Telefon təmiri zamanı dəyişdirilən ehtiyat hissələrinin orijinal olub-olmadığını müəyyənləşdirmək istehlakçılar üçün çətinlik yaradır. Satışda eyni detallar müxtəlif qiymətlərlə təklif olunur, lakin alıcılar məhsulun keyfiyyətini və mənşəyini təsdiqləyən sənədləri hər zaman əldə edə bilmirlər. Ustaların sözlərinə görə, ekranın görüntü keyfiyyəti, rəngləri və günəş işığında görünməsi, eləcə də adapter və kabellərin çəkisi bəzi fərqləri müəyyən etməyə kömək edə bilər. Ancaq zahiri görünüş məhsulun orijinallığını tam təsdiqləmir.
Day.Az xəbər verir ki, ehtiyat hissələrinin qiymətləri arasında da ciddi fərq var. Məsələn, standart orijinal ekranlar 90-110 manat, alternativləri isə 50-60 manat arasında dəyişir. Daha yüksək sinif ekranların orijinalı 250-270 manat, alternativləri isə 130-135 manatdır. Güclü adapterlərin orijinalı 40-60 manat olduğu halda, saxta məhsullar 8-14 manata təklif edilir.
Mütəxəssislər alıcılara telefon üçün ehtiyat hissələri alarkən yalnız qiymətə və xarici görünüşə deyil, məhsulun mənşəyinə və etibarlı satış mənbəyinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki orijinal məhsula bənzəyən saxta detalların istifadəsi keyfiyyət problemlərinə və əlavə xərclərə səbəb ola bilər. Təmir xərcləri artdıqca isə bəzi istifadəçilər üçün yeni telefon almaq daha sərfəli seçimə çevrilir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре