https://news.day.az/azerinews/1866534.html Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir? Son dövrlərdə mənzil qiymətlərinin sürətlə yüksəlməsinə baxmayaraq, yaşayış sahələrinə olan tələbat azalmır. Əksinə, daşınmaz əmlak həm yaşayış ehtiyacını qarşılamaq, həm də gəlir əldə etmək məqsədilə investisiya yatırımı etmək istəyənlər üçün cəlbediciliyini qoruyur.

Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?

Azərbaycanca, 12 октября 2026 23:28 (UTC +04:00) 274
Mənzil almaq getdikcə çətinləşir:

Son dövrlərdə mənzil qiymətlərinin sürətlə yüksəlməsinə baxmayaraq, yaşayış sahələrinə olan tələbat azalmır. Əksinə, daşınmaz əmlak həm yaşayış ehtiyacını qarşılamaq, həm də gəlir əldə etmək məqsədilə investisiya yatırımı etmək istəyənlər üçün cəlbediciliyini qoruyur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mənzil bazarında aktivliyin artması ipoteka kreditləşməsində də özünü göstərir. Belə ki, bankların ipoteka kreditləri portfeli böyüyərək sentyabrın əvvəlinə 4 milyard 740 milyon manata çatıb. Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminə müraciətlərin çoxluğu səbəbindən yeni müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırıb.

Bəs mənzilə tələbatın yüksəlməsi və kreditləşmənin genişlənməsi daşınmaz əmlak bazarı üçün hansı təhlükələri yarada bilər?

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, ipoteka kreditlərinin həcminin artması mənzil bazarında alıcı fəallığını gücləndirir. Lakin tələbatın yüksəlməsi mövcud mənzil təklifi ilə dəstəklənmədikdə qiymətlərə əlavə təzyiq yaranır və mənzillər daha da bahalaşır.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə bu cür proseslərin mənzil bazarında ciddi problemlərə, hətta böhranlara gətirib çıxardığı hallar mövcuddur. Belə vəziyyətlər bank və maliyyə sisteminə də mənfi təsir göstərə bilər. Xüsusilə ipoteka borclarının artması və kreditlərin geri qaytarılmasında çətinliklərin yaranması problemli kreditlərin çoxalmasına, nəticədə isə daha genişmiqyaslı iqtisadi risklərin meydana çıxmasına səbəb ola bilər.

Eyyub Kərimli mümkün təhlükələrin azaldılması üçün ipoteka kreditləşməsinə nəzarətin gücləndirilməsini və iqtisadi sinif mənzillərin inşasının genişləndirilməsini vacib hesab edir.

İqtisadçının fikrinə görə, münasib qiymətə mənzil təklifinin artırılması və kredit bazarının düzgün tənzimlənməsi daşınmaz əmlak bazarında tələb və təklif arasındakı tarazlığın bərpasına, qiymət artımının qarşısının alınmasına kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости