Dünyanı qorxudan taun: Azərbaycana yayılma riski varmı? - VİDEO
Taun xəstəliyinin yenidən gündəmə gəlməsi dünyada narahatlıq yaradıb. Rusiyada laboratoriya əməkdaşının ölümündən sonra infeksiyaya yoluxma ehtimalı ilə bağlı iddialar səsləndirilsə də, taun diaqnozu hələ rəsmi təsdiqini tapmayıb.
Day.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, taun, xüsusilə ağciyər forması, vaxtında müalicə olunmadıqda ölümcül ola bilər. Bununla belə, erkən diaqnoz və müasir antibiotiklərlə müalicə xəstəliyin qarşısını almağa imkan verir.
Azərbaycanda taun xəstəliyinin qeydə alınmadığı, ölkədə yayılma riskinin isə aşağı olduğu bildirilir. Səhiyyə qurumları vəziyyəti nəzarətdə saxlayır, həkimlər isə şübhəli simptomlar yarandıqda vaxtında tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре