Zibil paketini qapının ağzına qoyanlar CƏRİMƏLƏNƏCƏK
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə edilir. Tullantıların idarə olunması haqqında qanunvericiliyin pozulmasına qarşı tətbiq edilən bu sərt cərimələr ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji təmizliyi qorumaq məqsədi daşıyır.
Əgər şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədərsə, cərimələrin məbləği daha da ağırlaşır. Məcəllənin 266.3-1-ci maddəsinə görə, təkrar qayda pozuntusuna görə fiziki şəxslər 1 000 manat (və ya 60 saatdan 100 saatadək ictimai işlər), vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək (və ya ictimai işlər), hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunurlar.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре