https://news.day.az/azerinews/1866127.html Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Bolsulu qəsəbə sakini Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb

Azərbaycanca, 11 октября 2026 11:13 (UTC +04:00) 254
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb,

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

 

Bolsulu qəsəbə sakini Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən elektrik xətti qırılaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən düşmək istəyərkən ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости