https://news.day.az/azerinews/1865994.html Kolleclərlə bağlı müzakirələr yaranıb - Bağlanır, yoxsa universitetlərə birləşdirilir? - VİDEO Kolleclərin gələcəyi ilə bağlı müzakirələr son vaxtlar aktuallaşıb. Bəzi kolleclərin bağlanması, digərlərinin isə uyğun profilli universitetlərin tərkibinə verilməsi ehtimalı gündəmdədir. Buna səbəb bəzi ixtisaslar üzrə plan yerlərinin boş qalması və əmək bazarında həmin ixtisaslara tələbatın azalmasıdır.

Kolleclərlə bağlı müzakirələr yaranıb - Bağlanır, yoxsa universitetlərə birləşdirilir? - VİDEO

Azərbaycanca, 10 октября 2026 13:39 (UTC +04:00) 235
Kolleclərlə bağlı müzakirələr yaranıb

Kolleclərin gələcəyi ilə bağlı müzakirələr son vaxtlar aktuallaşıb. Bəzi kolleclərin bağlanması, digərlərinin isə uyğun profilli universitetlərin tərkibinə verilməsi ehtimalı gündəmdədir. Buna səbəb bəzi ixtisaslar üzrə plan yerlərinin boş qalması və əmək bazarında həmin ixtisaslara tələbatın azalmasıdır.

Day.Az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, kolleclərin fəaliyyəti qiymətləndirilərkən məzunların işlə təmin olunması, təhsilin keyfiyyəti və praktiki hazırlıq səviyyəsi əsas götürülməlidir. Millət vəkili Ceyhun Məmmədov da kolleclərdə islahatlara ehtiyac olduğunu, onların fəaliyyət istiqamətlərinin və əmək bazarına uyğunluğunun yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı hər hansı qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı "İTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости