https://news.day.az/azerinews/1865880.html Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunda tikinti işləri davam edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Azərbaycanca, 9 октября 2026 22:18 (UTC +04:00) 256
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Yolun 2,3 kilometr hissəsində asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır. 9 nöqtədə suötürücü borular quraşdırılır.

Bildirilib ki, layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости