https://news.day.az/azerinews/1865575.html Keniya mətbuatında Azərbaycanla ikitərəfli əlaqələr haqqında silsilə məqalələr dərc edilib Keniyanın geniş oxuyucu kütləsinə malik "Tuko", "The Star", "KBC" xəbər saytları və bir sıra bloqlarda Azərbaycan və Keniya arasında son illərdə dinamik inkişaf edən münasibətlərə həsr edilmiş məqalələr nəşr olunub.

Keniya mətbuatında Azərbaycanla ikitərəfli əlaqələr haqqında silsilə məqalələr dərc edilib

Azərbaycanca, 8 октября 2026 19:15 (UTC +04:00) 276
Keniya mətbuatında Azərbaycanla ikitərəfli əlaqələr haqqında silsilə məqalələr dərc edilib

Keniyanın geniş oxuyucu kütləsinə malik "Tuko", "The Star", "KBC" xəbər saytları və bir sıra bloqlarda Azərbaycan və Keniya arasında son illərdə dinamik inkişaf edən münasibətlərə həsr edilmiş məqalələr nəşr olunub.

Day.Az Azərbaycanın Keniyadakı Səfirliyinə istinadən xəbər verir ki, Keniya Prezidenti cənab Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri və bu zaman Azərbaycanın Prezidenti cənab İlham Əliyev ilə keçirilən ikitərəfli görüşün töhfələri vurğulanıb. Həmçinin, 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya ilk rəsmi səfərinin nəticələri barədə məlumat verilib.  

Məqalələrdə Azərbaycan ilə Keniya arasında əməkdaşlığın gücləndirilməsi üçün neft-qaz, energetika, müdafiə, ticarət, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, dayanıqlı şəhərsalma kimi prioritet sahələrin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, parlament, məhkəmə, prokurorluq, penitensiar xidmət, humanitar minatəmizləmə kimi müstəvilər üzrə mövcud əlaqələr iki ölkənin hərtərəfli işbirliyinə marağı olaraq səciyyələndirilib.   

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Keniyaya səfəri zamanı, eləcə də AİDA vasitəsi ilə Azərbaycanın bu ölkədə təhsil, gənclərin inkişafı, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyəti oxuculara təqdim olunub. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsi üçün mühüm vasitə olduğu bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости