Kirayə mənzildə xarab olan əşyanın xərcini kim qaşılamalıdır? - VİDEO
Kirayə mənzillərdə ev sahiblərinin illərdir istifadə etdiyi məişət texnikası ilə qarşılaşmaq adi haldır. Soyuducu, paltaryuyan, kondisioner və ya televizorun köhnəlik səbəbindən sıradan çıxması isə əsas sualı gündəmə gətirir: təmir və ya yenilənmə xərcini kirayəçi, yoxsa ev sahibi ödəməlidir?
Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, ilk növbədə cihazın istismar müddəti və nasazlığın səbəbi müəyyənləşdirilməlidir.
Texnika kirayəçinin təqsiri olmadan, təbii köhnəlmə nəticəsində sıradan çıxıbsa, xərcin avtomatik olaraq kirayəçinin üzərinə qoyulması düzgün deyil. Əksinə, cihazın düzgün istifadə edilməməsi və ya ehtiyatsızlıq nəticəsində zədələnməsi sübuta yetirilərsə, zərərin ödənilməsi kirayəçidən tələb oluna bilər.
Hüquqşünaslar kirayə müqaviləsi bağlanarkən evdəki əşyaların vəziyyətinin, markasının və buraxılış ilinin qeyd edilməsini, həmçinin foto və video çəkiliş aparılmasını tövsiyə edir. Tərəflər arasında yaranan mübahisə razılaşma yolu ilə həll olunmadıqda isə müqavilənin şərtləri əsas götürülməklə məhkəməyə müraciət etmək mümkündür.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре