https://news.day.az/azerinews/1865348.html Azərbaycan kitabları Frankfurt sərgisində təqdim olunur - FOTO Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, 7-11 oktyabr tarixlərində 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse - 2026) keçirilir.

Azərbaycan kitabları Frankfurt sərgisində təqdim olunur - FOTO

Azərbaycanca, 7 октября 2026 20:22 (UTC +04:00) 262
Azərbaycan kitabları Frankfurt sərgisində təqdim olunur

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 7-11 oktyabr tarixlərində 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse - 2026) keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgidə ölkəmizin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə təqdim edilir.

"Sərgidə Azərbaycanın yazar və nəşriyyat nümayəndələrindən ibarət geniş heyət iştirak edir.
Sərginin ilk günündə Azərbaycan stendi çoxsaylı yerli və xarici ziyarətçilərin diqqət mərkəzində olub. Ziyarətçilər milli stenddə yer alan kitablarla yaxından tanış olub, nəşrlərimizə böyük maraq göstəriblər. Eyni zamanda bir sıra ölkələrin nəşriyyat nümayəndələri ilə Azərbaycan nəşriyyat təmsilçiləri arasında müəllif hüquqları və əməkdaşlıq məsələlərinə dair məhsuldar görüşlər keçirilib".

Məlumata görə, sərgi çərçivəsində "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq, ilk dəfə oktyabrın 9-da "Global səhnə" adlı təqdimat zonasında "Azərbaycan ədəbiyyatı xaricdə" mövzusunda panel müzakirəsi keçiriləcək.

"Paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq auditoriyaya tanıdılması məsələləri müzakirə olunacaq. Tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndələri, həmçinin son illərdə Azərbaycan kitabının tanıtımı ilə bağlı görülən işlər barədə məlumat veriləcək. Müzakirədən sonra Azərbaycanın uşaq yazarları ilə imza saatı təşkil olunacaq.
Qeyd edək ki, builki sərginin fəxri qonaq ölkəsi Çex Respublikasıdır".

  • Azərbaycan kitabları Frankfurt sərgisində təqdim olunur

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости