Ev qiymətlərində kəskin bahalaşma - Nə üçün 100 minlik ev 150 minə olub? - VİDEO
Əmlak bazarında mənzil qiymətləri son bir ildə artıb. Xüsusilə köhnə tikililərdə Yasamal və Səbail rayonlarında qiymət artımı 20 faizə çatıb. Eyni tendensiya paytaxtın digər rayonlarında və bölgələrdə də müşahidə olunur.
Day.Az xəbər verir ki, ekspert Elnur Fərzəliyevin sözlərinə görə, bahalaşmanın əsas səbəbləri yeni çoxmənzilli binaların əvvəlki illərlə müqayisədə daha az inşa olunması, təklifin azalması və kreditlə mənzil almağa tələbin artmasıdır. Son illərdə çıxarışlı mənzillərin böyük hissəsinin kreditlə satılması da təklifin bazara geri qayıtmasını ləngidir.
Qiymətlər yüksək olsa da, bazarda alıcı fəallığı əvvəlki səviyyədə deyil. Tələb əsasən 200-250 min manatadək olan və ipoteka və ya digər kreditlərlə almaq mümkün mənzillərə yönəlir. Daha bahalı mənzillərdə isə qiymətlə alıcının maliyyə imkanları arasındakı fərq satışların tempini azaldır.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре