https://news.day.az/azerinews/1865515.html Depressiya, yoxsa ruh düşkünlüyü? - Sizdə də bu əlamətlər varsa... - VİDEO Havalar soyuduqca, payız gəldikcə üşüməyə və əhvalımızın dəyişdiyini hiss etməyə başlayırıq. Payızın öz gözəlliyi olsa da, tutqun hava, yağış və gün işığının azalması bəzi insanlarda ruh düşkünlüyü yarada bilər. Bəs payızın yaratdığı bu hal ilə ümumi depressiya arasında nə fərq var?

Depressiya, yoxsa ruh düşkünlüyü? - Sizdə də bu əlamətlər varsa... - VİDEO

Azərbaycanca, 8 октября 2026 15:47 (UTC +04:00) 240
Depressiya, yoxsa ruh düşkünlüyü?

Havalar soyuduqca, payız gəldikcə üşüməyə və əhvalımızın dəyişdiyini hiss etməyə başlayırıq. Payızın öz gözəlliyi olsa da, tutqun hava, yağış və gün işığının azalması bəzi insanlarda ruh düşkünlüyü yarada bilər. Bəs payızın yaratdığı bu hal ilə ümumi depressiya arasında nə fərq var?

Day.Az xəbər verir ki, mövsümi depressiya və ya mövsümi affektiv pozuntu ilin müəyyən dövrlərində, xüsusilə payız və qış aylarında gün işığının azalması ilə əlaqəli ortaya çıxa bilər. Əsas əlamətlər enerji və həvəsin azalması, davamlı yorğunluq, yuxu rejiminin dəyişməsi, həddindən artıq yuxululuq, iştahanın artması, karbohidratlı qidalara meyl, çəki artımı, insanlardan uzaqlaşma və kədərli əhval-ruhiyyədir.

Lakin hər ruh düşkünlüyünü depressiya adlandırmaq olmaz. Depressiya klinik diaqnozdur və özünə diaqnoz qoymaq düzgün yanaşma deyil. Əlamətlərin ən azı iki həftə davam etməsi, gündəlik həyata və həyat keyfiyyətinə ciddi təsir göstərməsi mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Buna görə də mövsümi dəyişikliklərin yaratdığı keçici əhval enişi ilə davamlı və ciddi depressiv vəziyyəti bir-birindən ayırmaq vacibdir.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости