Kredit çıxış yoludur, yoxsa tələ? İmzadan öncə bunları BİLMƏLİSİNİZ - VİDEO
Bankdan kredit götürərkən müqavilə şərtlərini tam oxumadan imza atmaq sonradan maliyyə problemlərinə səbəb ola bilər. Faiz dərəcəsi, komissiyalar, aylıq ödənişlər və gecikmə şərtləri borcun ümumi məbləğinə təsir göstərir. Mütəxəssislər vətəndaşlara kredit götürməzdən əvvəl bütün şərtləri dəqiqləşdirməyi tövsiyə edirlər.
Day.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, kredit götürən şəxs aylıq ödənişin nə qədərinin əsas borca, nə qədərinin isə faizə yönəldiyini bilməlidir.
Ödənişlərin gecikdirilməsi əlavə xərclərə səbəb ola bilər. Buna görə də müqavilənin şərtləri və kreditin ümumi geri ödəniş məbləği əvvəlcədən aydınlaşdırılmalıdır.
Krediti vaxtından əvvəl bağladıqda isə gələcək ayların faizləri deyil, son ödəniş günündən kreditin bağlandığı tarixədək hesablanmış faiz və qalıq əsas borc ödənilir. Ekspertlər bildirirlər ki, kredit müqaviləsi həm bankın, həm də vətəndaşın hüquq və öhdəliklərini müəyyən edir. Buna görə də hər bir vətəndaş imzaladığı sənədlərlə tanış olmalı, şərtləri anlamadığı halda izahat tələb etməli və hüquqlarını bilməlidir.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре